Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Mətbuat Ensiklopediyası” hazırlanacaq
22.07.11 19:09

Parlament Jurnalistləri Birliyi (PJB) Bakı Dövlət Universiteti ilə birgə milli KİV tariximizin əks olunacağı böyük bir layihənin icrasına başlayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə PJB sədri Elşad Eyvazlı bildirib. O qeyd edib ki, “Mətbuat Ensiklopediyası” adlanan layihə çərçivəsində çap olunacaq eyni adlı kitabı BDU-nun jurnalistika fakültəsi ilə birgə tərtib etmək nəzərdə tutulub. Kitabda “Əkinçi” qəzetindən başlayaraq ötən əsrdə və çağdaş Azərbaycanda çap olunmuş qəzetlər və bu qəzetlərə rəhbərlik edən baş redaktorlar barədə ensiklopedik məlumatlar əksini tapacaq. “Mətbuat Ensiklopediyası” layihəsilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə PJB arasında anlaşma sənədinin imzalanması nəzərdə tutulur. Sənədin avqust ayında təsdiq ediləcəyi gözlənilir.
URL / WWW
http://kelam.az/news/a-4012.html