Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ADA-da Afrika və Asiya qitəsindən olan diplomatlar üçün ongünlük kurslar keçirilir
21.07.11 19:51

Azərbaycan Diplomatik Akademiyasında Afrika və Asiya qitəsindən olan diplomatlar üçün “Xəzər hövzəsi ölkələrinin öyrənilməsi” proqramı üzrə kurslar başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, 10 gün davam edəcək kursa Haiti, Mali, Banqladeş, Nepal, Myanma, Malaziya və digər ölkələrdən 14 diplomat qatılıb. Diplomatlar öz ölkələrinin diplomatik missiyalarında əsasən birinci və ikinci katib vəzifələrini daşıyırlar. Bu cür kurs ilk dəfə təşkil olunur və tədbir çərçivəsində xarici diplomatlara Azərbaycan vıə Xəzər regionu barədə ətraflı məlumatlar veriləcək. Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirib ki, bu təşəbbüs Azərbaycan həqiqətlərinin beynəlxalq siyasi dairələrinin nəzərinə çatdırılması baxımından faydalı olacaq: “Əsas məqsədimiz bizim regionda gedən proselər barədə BMT-də çalışan diplomatlara ətraflı məlumat vermək və bizimlə bağlı siyasətlərinin gələcəkdə daha dəqiq məlumat əsasında formalaşdırılmasını təmin etməkdir”-deyə H.Paşayev vurğulayıb. On gün ərzində Azərbaycan XİN, Diplomatik Akademiya, ARDNŞ və digər qurumların təmsilçiləri iştirakçılara mühazirə oxuyacaq. Tədbir çərçivəsində xarici qonaqlar Quba, Qobustan və Abşeronun bir sır yerlərinə səfər edəcəklər.
URL / WWW
http://kelam.az/news/a-4007.html