Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Memorandum imzalanacaq
26.10.09 22:57

İranla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Memorandum imzalanacaq. Bu barədə məlumatı jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvi məlumat verib. O, bildirib ki, Memorandumda kinematoqrafiya və incəsənətin digər sahələri üzrə əməkdaşlıq öz əksini tapacaq. Bu əməkdaşlıq çərçivəsində turizm və incəsənət sahəsində sərgilərin təşkili nəzərdə tutulub. İran rəsmisinin sözlərinə görə, bu sənəd çərçivəsində həmçinin universitet səviyyəsində tələbə və müəllim mübadiləsi həyata keçiriləcək. “Tədqiqat sahəsində əməkdaşlığın artırılması, hər iki ölkənin müasir incilərinin istər fars, istər Azərbaycan dilinə tərcümə edilməsi nəzərdə tutulub, biz hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin inkişaf etməsini istəyirik”,-deüə M. Mustəfəvi vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-40.html