Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mətbuat Şurası 9 jurnalisti mükafatlandıracaq
20.07.11 20:22

Ali Media Mükafatının kimə təqdim ediləcəyi Milli Mətbuat günü bəlli olacaq. Bu barədə “KƏLAMİNFO”ya Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. O, konkret olaraq 9 jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb. “Üç dərəcə üzrə təqdim olunan mükafat birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 laureata verilə bilər” - deyə o, əlavə edib. Əflatun Amaşovun sözlərinə əsasən, laureatlar şuranın diplomu və İdarə Heyətinin nominasiyalar üçün müəyyənləşdirdiyi pul mükafatları ilə təltif olunacaqlar. Hər il Milli Mətbuat günündə təqdim edilən Ali Media Mükafatını Mətbuat Şurası ötən ilin iyununda təsis edib.
URL / WWW
http://kelam.az/news/a-3991.html