Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Eldar Qasımov: “Ailə qurmaq fikrim yoxdur, hələ çox tezdir”
18.07.11 21:22

“Hələ ki, sevdiyim qız yoxdur. Qadın fanatlarımla münasibətlərim yaxşıdır, onları çox sevirəm”. “KƏLAMİNFO”nun məlumatına görə, bu sözləri “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov jurnalistlərə müsahibəsində qadınlara olan münasibəti və ailə qurmaqla bağlı fikirlərini bölüşərkən deyib. “İdealınıza görə necə xanımla ailə qurmaq istərdiniz” sualına o, “hər mənada ağıllı xanımla ailə qurardım. Hazırda isə ailə qurmaq fikrim yoxdur, hələ çox tezdir” - deyə cavab verib: “Çox gözəl zahiri görünüşü olan xanımlar var ki, onlarla danışırsan, ünsiyyət qurursan, amma bir zaman gəlib çatır, onlarla danışmağa söz tapa bilmirsən. Bundan başqa, elə xanımlar da var ki, ondan nə isə yeni şey öyrənirsən və onun fərqli xüsusiyyətlərini özün üçün kəşf edirsən”. Son üç ayın ən populyar müğənnisi evlənmək fikrində olmadığını desə də, quracağı ailədə özünün aldığı tərbiyəni tətbiq edəcəyini səsləndirib. Onun ailəsində Avropa və Azərbaycan mədəniyyəti bir-birinə bağlı olub: “Valideynlərimdən həm Avropa, həm də Şərq mədəniyyətinin tərbiyəsini almışam. Ona görə də çalışacam ki, anam-atam məni necə böyüdübsə, mən də övladlarımı o cür böyüdüm”.
URL / WWW
http://kelam.az/news/a-3978.html