Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda silahlı basqın olub: 1 nəfər ölüb, xeyli miqdarda pul aparılıb
14.07.11 17:36

Bakının Qaradağ rayonunda silahlı basqın hadisəsi baş verib. Bu barədə “KƏLAMİNFO”ya Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində qeydə alınıb. Maskalı şəxslər ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqın edərək oranın işçisi Rafiq adlı şəxsi güllələyiblər. Sonra isə basqınçılar məntəqədən pulu götürərək hadisə yerindən qaçıblar. Silahlı basqına məruz qalan şəxs isə dünyasını dəyişib. Hazırda hadisə yerində Bakı Şəhər Baş Polis İdarəsinin və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil
URL / WWW
http://kelam.az/news/a-3970.html