Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
14.12.09 17:16

Sabah Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Xoreoqrafiya Məktəbinin yubileyində iştirak etmək üçün bir çox xarici ölkələrdən - Rusiya, Belarus, Gürcüstan, İtaliya, Moldova, Ukrayna, Türkiyə, Albaniyadan tanınmış balet ustaları, xoreoqraflar Bakıya gəliblər.Yubiley tədbirində TÜRKSOY beynəlxalq təşkilatının nümayəndəsi Əflatun Nemətzadə, Neapol San Karlo Teatrının direktoru Cüzeppe Karbone, Moldovanın xalq artisti Yuri Qorşkov, Moldovanın əməkdar incəsənət xadimi Yuri Madan, Rusiyanın əməkdar incəsənət xadimi, professor Lyudmila Kolençenko, Rusiyanın xalq artisti, professor Valeri Anisimov, Rusiya Xoreoqrafiya Assosiasiyasının üzvü, tanınmış tənqidçi Aleksandr Maksov, Ukraynanın əməkdar incəsənət xadimi Sergey Şvets, Tbilisi Xoreoqrafiya məktəbinin direktoru Zviad Bakradze və başqaları iştirak edəcəklər. Bakı Xoreoqrafiya Məktəbinin məzunları, QİTİS Rusiya Teatr Sənəti Akademiyasının dekanı, Rusiyanın və Azərbaycanın əməkdar artisti, Beynəlxalq Pedaqogika Akademiyasının akademiki, fəlsəfə doktoru, professor Vitali Axundov, SSRİ və Belarusun xalq artisti, Belarus Dövlət Mükafatı laureatı, professor Valentin Yelizaryev, İtaliyada “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, Orizon Rəqs Məktəbinin dosenti Mais Nuriyev, Latviya Milli Operasının solisti, beynəlxalq müsabiqə laureatı Ülvi Əzizov və başqaları da iştirak edəcəklər. Qeyd edək ki, zəngın ənənələrə malik Bakı Xoreoqrafiya Məktəbi respublikamızda balet və xalq rəqsi sahəsində ixtisaslı artist kadrları hazırlayan yeganə tədris müəssisəsidir.
URL / WWW
http://kelam.az/news/a-396.html