Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib
11.12.09 20:56

Bu gün prezident İlham Əliyev Bakı şəhərində Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinə uyğun olaraq Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində inşa edilən yol qovşağına daxil olan tunel ikimərtəbəlidir. Birinci mərtəbədə dördzolaqlı avtomobil yolu, ikinci mərtəbədə isə geniş dayanacaq inşa olunub. Tunelin örtülü hissəsi 310 metr, giriş və çıxışları ilə birlikdə ümumi uzunluğu 610 metrdir. 2007-ci ildən başlayan tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə Türkiyənin “Yapılar İnşaat-Ticarət LTD” şirkəti yerinə yetirib. Yol qovşağında piyadalar üçün 5 keçid inşa olunub. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, görülmüş işlərlə tanış olub.
URL / WWW
http://kelam.az/news/a-395.html