Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BDU, Dövlət Gömrük və Statistika Komitələrinin əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11.12.09 20:56

Bu gün Bakı Dövlət Universitetinin kollektivi ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü münasibətilə Fəxri Xiyabana gələrək ulu öndərin xatirəsini yad ediblər, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib. KƏLAMİNFO xəbər verir ki, bu gün Dövlət Gömrük Komitəsinin kollektivi də umummilli lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Heydər Əliyev Fondunda olublar. Qonaqlar Fondun zəngin ekspozisiyası ilə tanış olublar. Onlar ümummilli liderin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, mehriban ailə başçısı olduğunu əks etdirən fotoşəkillərə baxıblar.Qonaqlar ulu öndərin həyatına həsr edilən “Böyük ömrün anları” filmini seyr ediblər. Bu gün həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşları da Heydər Əliyev Fondunda olublar.
URL / WWW
http://kelam.az/news/a-393.html