Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Eldar Sabiroğlu: “Prezident İlham Əliyevin müharibə ilə bağlı verdiyi son bəyanat Ermənistanı təşvişə salıb”
10.12.09 20:35

Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, E.Sabiroğlu bu il Azərbaycan Ordusunun bir çox uğurlar qazandığını, Silahlı Qüvvələrin peşəkarlığının artırılması məqsədilə bütün ordu birləşmələri səviyyəsində təlimlər keçirildiyini bildirib. O, Müdafiə Nazirliyində keçirilən sonuncu kollegiyada ordunun fəaliyyətinə dair yeni qərarların qəbul olunduğunu vurğulayıb. MN-nin beynəlxalq təşkilatlarla münasibətlərindən danışan E.Sabiroğlu qeyd edib ki, əməkdaşlıq ordumuz üçün faydalı olub: “NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində adıçəkilən qurumla lazımi səviyyədə əməkdaşlıq aparılır. Müdafiə Nazirliyinin NATO ilə əməkdaşlığı müsbət səviyyədə inkişaf edir. Bir sıra xarici dövlətlərlə bağladığımız əməkdaşlıq sazışlərinə əsasən əlaqələr qurulur. NATO ilə bağanılan sonuncu Sazişə əsasən 170 tədbir keçiriləcək. Bunun 119-u Müdafiə Nazirliyinin üzərinə düşür”,-deyə o, əlavə edib. E.Sabiroğlu prezident İlham Əliyevin müharibə ilə bağlı verdiyi son bəyanatın Ermənistanı təşvişə saldığını bildirib. “Bəyanatdan sonra Ermənistan parlamentinin üzvləri beynəlxalq təşkilatlara müraciət ediblər. Çünki Ermənsitanın hərbi vəziyyəti əvvəlki kimi deyil ki, müharibə başlasa, nə isə əldə edə bilsinlər. Bizdə statistik məlumatlar var ki, Ermənistan Müdafiə Nazirliyi artıq bir neçə hərbi hissəni formalaşdıra bilmir. Artıq Ermənistanda 100-lərlə ölü kənd yaranıb. Bunu Ermənistan hökuməti də etiraf edir. Artıq bu ölkədə insanlar azalır. 20 ilə milyon yarım insan ölkəni tərk edib”,-deyə E.Sabiroğlu qeyd edib. O, Azərbaycanın müdafiə nazirinin mülki şəxs olması ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, NATO-nun heç bir sənədində müdafiə nazirinin mülki şəxs olması barədə maddə yoxdur.
URL / WWW
http://kelam.az/news/a-384.html