Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » YAP Nərimanov rayonunda yaşayan seçicilərlə görüş keçirib
10.12.09 20:35

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçikləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda yaşayan seçicilərlə görüş keçiriblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən verblər. YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - Milli Məclisin deputatı Əhməd Vəliyev və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçicilər qarşısında çıxış edərək yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolundan danışıblar. Qeyd olunub ki, vətəndaşlar yaşadıqları ərazilərdə fəaliyyət göstərən bələdiyyələrlə sıx təmasda olmalı, yerli problemlərin həll olunmasında birgə çalışmalıdırlar.Səlahiyyətli nümayəndələr YAP-ın fəaliyyətinin əsas qayəsinin xalqa xidmət təşkil etdiyini deyərək seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.
URL / WWW
http://kelam.az/news/a-382.html