Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Standard and Poor’s” ARDNŞ-ə reytinq verəcək
22.06.11 15:46

Dövlət Neft Şirkətinə “Standard and Poor’s” beynəlxalq agentliyi tərəfindən reytinqin verilməsi ilə əlaqədar şirkətdə Agentliyin nümayəndələri üçün təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” ARDNŞ-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun prezidenti Rövnəq Abdullayev şirkətə 2009-cu ildə “Fitch Ratings” beynəlxalq agentliyi, 2010-cu ildə isə “Moody’s” tərəfindən beynəlxalq reytinqin verildiyini, bu reytinq dərəcələrinin ilbəil yaxşılaşdığını diqqətə çatdırıb. O, “Standard and Poor’s” təmsilçilərinin ARDNŞ-nin göstəriciləri ilə tanış olduqdan sonra müvafiq reytinq veriləcəyinə əminliyini ifadə edib. R.Abdullayev həmçinin şirkətin Azərbaycan iqtisadiyyatında əhəmiyyətindən danışıb, ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, ARDNŞ 100 faiz dövlət şirkəti olsa da, kommersiya qurumu kimi fəaliyyət göstərir. Şirkət prezidenti yaxın illərdə ARDNŞ-in həyata keçirməyi planlaşdırdığı layihələr haqda danışıb. “Standard and Poor’s” beynəlxalq agentliyinin Moskva bürosunun baş direktoru Yelena Anankina ARDNŞ-ə reytinq verilməsi üzrə qrupa daxil olan London ofisinin direktoru Saymon Redmondu iştirakçılara təqdim edib. O bundan sonrakı mərhələdə əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini vurğulayıb. Sonra “Standard and Poor’s” təmsilçiləri üçün ARDNŞ-nin strukturunu, törəmə şirkətlərini, istehsal göstəricilərini, iştirak etdiyi layihələri əks etdirən təqdimat keçirilib. “Standard and Poor’s” təmsilçilərinin sualları şirkətin prezidenti R.Abdullayev, vitse-prezidentləri və müvafiq idarələrinin rəhbərləri tərəfindən cavablandırılıb. Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə öncə həmin şirkətin beynəlxalq reytinqi nəzərdən keçirilir.
URL / WWW
http://kelam.az/news/a-3815.html