Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Fəxrəddin Qədirov: “Azərbaycanda geodinamik vəziyyət bir o qədər də yaxşı deyil”
21.06.11 20:58

Bakı-Tiflis-Ceyhan neft kəmərinin seysmik təhlükəsizliyi nəzarətdədir. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov deyib. Onun sözlərinə görə, monitorinq üçüncü ildir ki, BTC ilə birgə aparılır. F.Qədirov qeyd edib ki, BTC-nin seysmik təhlükəsizliyi ilə bağlı həmin ərazidə mikroseysmik rayonlaşdırma, geodinamik və deformasiya proseslərinin monitorinqi aparılır. F.Qədirov, həmçinin Azərbaycanda geodinamik vəziyyətin bir o qədər də yaxşı olmadığını və bəzi yerlərin çox təhlükəli olduğunu da vurğulayıb. “Bəzi yerlərdə baş verən zəlzələlərin təsiri görünür. Bəxtimiz gətirib ki, həmin ərazidə infrastruktur yoxdur” - deyə Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri sonda əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-3805.html