Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TBMM-nin parlament nümayəndə heyətinin Bakıya səfərinin proqramı açıqlanıb
26.10.09 22:57

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin proqramı açıqlanıb. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, 8 millət vəkilinin daxil olduğu nümayəndə heyəti sabah axşam Bakıya gələcək. Nümayəndə heyətinin tərkibinə Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının sədri Murad Mərcan (AKP, Əskişəhir), Şaban Dişli (AKP, Sakarya), Zeynəb Dağı (AKP, Ankara), Fevzi Şanverdi (AKP, Hatay), Abdullah Çalışkan (AKP, Kırşehir), Mehmet Çərçi (AKP, Manisa), Əhməd Dəniz Bölükbaşı (MHP, Ankara) və Şenol Bal (MHP, İzmir) daxildir. Qeyd edək ki, Şenol Bal istisna olmaqla heyət üzvlərinin hamısı parlamentin xarici əlaqələr komissiyasının üzvləridir. Səfər çərçivəsində qonaqnlar Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsində görüş keçirəcək, prezident İlham Əliyevin qəbulunda olacaqlar. Bundan başqa nümayəndə heyətinin Atatürk Mərkəzi ilə tanış olması nəzərdə tutulur. Oktyabrın 29-da millət vəkilləri Xarici İşlər Nazirliyində görüşlər keçirəcəklər, həmin gün axşam isə “Gülüstan” sarayında Türkiyənin Cümhuriyyət Bayramı ilə əlaqədar Türkiyə səfirliyinin verdiyi ziyafətdə iştirak edəcəklər. Nümayəndə heyəti oktyabrın 30-da Ankaraya qayıdacaq.
URL / WWW
http://kelam.az/news/a-37.html