Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Z.Əsgərov: “R.T.Ərdoğanın ABŞ prezidenti qarşısında qaldırdığı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın haqq işinin qələbəsi ilə nəticələnəcək”
09.12.09 20:18

Biz Dağlıq Qarabağla bağlı aparılan bütün danışıqları alqışlayırıq. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhülükəsizlik və müdafiə komitəsinin sədri, birinci vitse-spiker Ziyafət Əsgərov söyləyib. ABŞ prezidenti Barak Obama ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini xüsusilə qabartdığına görə, Azərbaycan mətbuatı vasitəsilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana təşəkkür edən Z.Əsgərov qeyd edib ki, həmin görüşdə qardaş ölkənin Baş naziri birmənalı olaraq münaqişənin həllini Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı olduğunu vurğulayıb. “Təbbi ki, bizim Barak Obamanın məsələyə münasibəti ilə bağlı məlumatımız yoxdur. Amma hər halda, danışıqların ümumi gedişindən hiss etdim ki, ABŞ-ın Yaxın Şərqdə Türkiyəyə çox böyük ehtiyacı var”,-deyə Z.Əsgərov əlavə edib. O, əmin olduğunu bildirib ki, R.T.Ərdoğanın ABŞ prezidenti qarşısında qaldırdığı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın haqq işinin qələbəsi ilə nəticələnəcək.
URL / WWW
http://kelam.az/news/a-369.html