Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Amerikalı konqresmenin adı böyük qalmaqalda
07.06.11 19:49

46 yaşlı amerikalı siyasətçi, konqresmen-demokrat Entoni Vaynerin adı gurultulu qalmaqalın mərkəzinə düşüb. “KƏLAMİNFO” «Newsru.com»a istinadən yaydığı xəbərdə göstərir ki, Vayner özünün lüt şəkillərini internet vasitəsilə dünyanın müxtəlif ölkələrinə göndəribmiş. Konqresmen də etiraf edib ki, şəkillərini «Twitter»dəki səhifəsində yerləşdirib. O, şəkillərini Sietldən olan tələbə qızlara göndərib. Fotolarda o, çimərlik paltarındadır. Vayner buna baxmayaraq, Nümayəndələr Palatasının üzvü vəzifəsindən getmək niyyətində olmadığını və 2013-cü ildə Nyu-York meri uğrunda keçiriləcək seçkilərdə iştirak edəcəyini deyib. Ötən il o, ABŞ dövlət katibinin köməkçisi ilə ailə həyatı qurub. Həyat yoldaşı isə ərinin şəkillərinin təsadüfən dünyanın müxtəlif yerlərinə göndərildiyini qeyd edərək, boşanmaq barədə müraciət etmək niyyətində olmadığını vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-3684.html