Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » YAP Qadınlar Şurası Şamaxıda bölgə müşavirəsi keçirib
09.12.09 20:18

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının Şamaxı şəhərində bölgə müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müşavirədə YAP Qadınlar Şurasının Şamaxı, İsmayıllı, Kürdəmir, Ağsu, Ağdaş, Qəbələ, Göyçay, Zərdab və Qobustan rayon təşkilatlarının nümayəndələri iştirak ediblər.YAP Qadınlar Şurasının bölgə müşavirəsində təşkilatın fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşməsi istiqamətində geniş müzakirələr aparılıb. Müşavirədə çıxış edən nümayəndələr təşkilatın fəaliyyətində yeni istiqamətlərlə bağlı rəy və təkliflərini irəli sürüblər. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva təşkilatın hazırkı dövrdə fəaliyyət istiqamətləri, gender problemlərinin həllində iştirakı, yeni dövrün tələblərinə uyğun vəzifələrin müəyyənləşməsi, qarşıdan gələn bələdiyyə seçkilərinin təşviqat kampaniyasında fəallığın gücləndirilməsi və s. məsələlər ətrafında çıxış edib.
URL / WWW
http://kelam.az/news/a-368.html