Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev Fransada rəsmi səfərdədir
09.12.09 17:06

Prezident İlham Əliyev Fransa Respublikasında rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin “Orli” Beynəlxalq Hava Limanında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan və Fransanın dövlət himnləri səslənib, fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçısı fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Hava Limanından onun üçün ayrılan iqamətgaha yola düşüb. Prezident İlham Əliyev dünən onun üçün ayrılan iqamətgahda GDF Suez Şirkətinin vitse-prezidenti və baş əməliyyatçı direktoru Jan-Fransua Sirelli ilə görüşüb. Görüşdə Azərbaycanla GDF Suez Şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Nabukko layihəsi, təbii qaz sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri davam edir.
URL / WWW
http://kelam.az/news/a-360.html