Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » R.T.Ərdoğan yenidən söz verib
26.10.09 22:57

Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların təsdiqinin vaxtını Türkiyə Böyük Millət Məclisindəki qruplar təyin edəcək. Bu fikirləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Cəzirə” televiziyasının protokolların nə vaxt imzalanacağı sualına cavab verərkən söyləyib. O qeyd edib ki, sözügedən məsələ ilə bağlı gizli heç bir şey yoxdur. R.T.Ərdoğan protokollar imzalanmazdan əvvəl Azərbaycana etdiyi səfəri və buradakı görüşlərindən də bəhs edib. “Bu qədər həssaslıqla aparılan prosesdə bəzi məsələlər olur ki, bu da bizi üzür. O ki, qaldı Türkiyənin Baş nazirinin Azərbaycanın Milli Məclisindəki görüşləri və orada söylədiyi fikirlərinə, demək istəyirəm ki, məsələ orada bitib və Baş nazir onun arxasında durur. Güman edirəm ki, bizim aramızda etibir var. Əgər aramızda bu etibar yoxdursa, mənim özümdən şübhəm yoxdur. Başqalarının şübhəsi varsa, bunu da bilmirəm”,-deyən Ərdoğan son günlərin aktual və həssas məsələsinə belə münasibət açıqlayıb.
URL / WWW
http://kelam.az/news/a-36.html