Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Vasif Mövsümov: “Korrupsiyaya qarşı mübarizəyə müxtəlif mexanizmlər əlavə olunmalıdır”
27.05.11 22:49

“Əminəm ki, Azərbaycanda heç vaxt korrupsiyaya qarşı mübarizəyə yekun vurulmayacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bildirib. O, qeyd edib ki, mübarizəyə müxtəlif mexanizmlər əlavə olunmalıdır. “Bu, həbs etməklə kifayətlənən deyil. Bu mübarizənin əsas şərtlərindən biri də korrupsiya üçün şərait yaradan bir mühitin aradan qaldırılmasıdır. Yəni, hər bir məmurun, vətəndaşın - rüşvət verən və rüşvət alanın əlindən o şərait alınmalıdır”,-deyə V.Mövsümov vurğulayıb. Onun sözlərinə görə, mübarizənin səmərəsi bundan sonra özünü göstərəcək. “Biz bu tezliklə nailiyyət əldə edə bilmərik. Lakin nəyinsə dəyişməsini görə bilərik. Biz əhalinin bir az müqavimətinin artmasını görürük. Əhali bir az ümidlənib. Lakin təəssüflər olsun ki, onların ümidlərində bir sarsıntı əmələ gəlir. Buna səbəb vətəndaşların bu gün də məmur özbaşınalığı, rüşvət halları ilə rastlaşmasıdır. Ona görə də hesab edirəm işlərin çoxu hələ qabaqdadır”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-3587.html