Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Fərdi uçot sistemində sığortaolunanların sayı 8,6% artaraq 1 631 479 nəfərə çatıb
09.12.09 17:06

Cari ilin 11 ay ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində sığortaolunanların sayı 8,6% yəni, 140 029 nəfər artıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan veriblər. Cari il dekabrın əvvəlinə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 631 479 nəfərə çatıb. Onlardan 54,8% (894 988 nəfər) kişi, 45,2% (736 491 nəfər) isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən daha çoxdur. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 27,1% (442 850 nəfər) əhatə edir. Bundan başqa fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 21,9% (357 394 nəfər), 30-40 yaşa kimi sığortaolunanlar 22,4% (366 236 nəfər), 50-60 yaşa kimi sığortaolunanlar 20,1% (327 269 nəfər), 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 20,1% (137 730 nəfər) təşkil edir. Qeyd edək ki, fərdi uçot sistemində sığortaolunanlara dair ödənilən məcburi dövlət sosial sığorta haqları üzrə 15 mindən artıq müəssisədə çalışanların hesabatları qəbul edilib.
URL / WWW
http://kelam.az/news/a-357.html