Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Avropa İnsan Hüquqları Məhkəməsi Mirəziz Seyidzadənin ərizəsini təmin etdi
09.12.09 17:06

Avropa İnsan Hüquqları Məhkəməsi Mirəziz Seyidzadənin ərizəsini 4 dekabr tarixdə keçirilən iclasında təmin etdi. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi məlumat yayıb. Məlumatda deyilir ki, ərizəçi 6 noyabr 2005-ci il Milli Məclisə keçirilən seçkilərdə namizəd kimi 71 saylı Masallı Kənd Seçki Məntəqəsi üzrə qeydiyyata alınması üçün Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edib. Ərizə ilə yanaşı, o, parlament üzvü vəzifəsinə zidd hər hansı fəaliyyəti dayandırdığı ilə bağlı yazılı öhdəlik də təqdim edib. Həmin sənədlərə əsasən, ərizəçinin Qazilər Şurasının üzvlüyünə xitam verilib.Qafqaz Müsəlmanlar Şurası verdiyi sərəncama əsasən M.Seyidzadə Şuranın təhsil şöbəsinin müdiri və Bakı İslam Universitetinin Sumqayıt filialının rəhbəri vəzifəsindən azad olunub. Dairə Seçki Komissiyası ərizəçini namizəd kimi qeydiyyata almaqdan imtina edib və səbəb kimi onu göstərib ki, o, Seçki Məcəlləsinin müvafiq tələblərinə zidd olaraq peşəkar din xadimi kimi fəaliyyətini davam etdirib. Ərizəçi bu qərarla bağlı Mərkəzi Seçki Komissiyasına şikayət ünvanlayıb, lakin MSK bu şikayəti ləğv edib. Bundan sonra Ərizəçi Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, onun namizədliyinə qanunsuz olaraq xitam verilib, çünki o, peşəkar dini fəaliyyətlərlə bağlı bütün vəzifələrdən istefa edib və hər hansı dini fəaliyyətlə məşğul olmur. Apellyasiya Məhkəməsi müraciəti rədd edib. Ərizəçi Ali Məhkəmənin Sədrinə kassasiya şikayəti ünvanlasa da, onun bu şikayəti də rədd edilib. Sonda, Ərizəçi Konstitutsiya Məhkəməsinə şikayət ünvanlayıb, lakin onun bu müraciətinə də mahiyyət üzrə baxılmaqdan imtina edilib. Bu əsaslara görə Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 1 saylı Protokolunun 3-cü Maddəsi (azad seçki hüququ) üzrə şikayəti təmin edib, qalan şikayətləri rədd edib; Məhkəmə həmçinin Konvensiyanın 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsinin pozuntusu ilə bağlı şikayəti araşdırmağı ehtiyac bilməyib. Məhkəmə bildirib ki, cavabdeh Dövlət Konvensiyanın 44-cü (qəti qərarlar) maddəsinin 2-ci bəndinə uyğun olaraq dəymiş mənəvi zərərin əvəzi olaraq 7500 avro (yeddi min beş yüz avro), ərizəçiyə hüququ yardım üçün verilən 1000 avronu (min avro) ödəməlidir. Hüquqi yardım kimi 850 avro (səkkiz yüz əlli avro) Avropa Məhkəməsi tərəfindən ödənilmişdir.
URL / WWW
http://kelam.az/news/a-355.html