Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Çin Məscidinin Çin Xalq Respublikası ilə heç bir əlaqəsi yoxdur
18.05.11 19:45

“Cari il “Turizm ili” elan olunduğuna görə, İçəri şəhərdə daha çox ekspozisiyaların təşkil olunması, turizm infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır və bu ölkəyə gələn turistlərin öz asudə vaxtlarını daha çox burada keçirməyə səbəb olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçəri şəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev bildirib. İçəri şəhərdə bir sıra kiçik tarixi məscidlərin olduğunu bildirən və onların da bərpa olunacağını deyən qoruq səlahiyyətlisi “Çin Məscidi”nin tarixinə də diqqət çəkib. “1375-ci ildə Fəzullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa olunan Çin Məscidi vaxtilə məhəlli xarakter daşıyıb və bu gün dəstəmazxanası və minarəsi olmadığından məscid kimi istifadə edilmir. Abidənin adındakı çin sözünün isə Çin Respublikası ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, bura gələn insanların arzu və diləklərinin çin olması ilə bağlıdır” - deyə S.Nuriyev vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-3522.html