Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Məclisi keçirilib
08.12.09 21:20

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) XXII Baş Məclisi öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə ötən ilin yekunlarına dair hesabatlar dinlənilib, Baş Məclis, İdarəetmə Şurası və Rəyasət Heyəti, müvafiq komissiyaların yeni tərkibi seçilib, cari məsələlər müzakirə edilib. Tədbirdə çıxış edən AzQAC-ın prezidenti Novruz Aslanov bildirib ki, hesabat dövrü təşkilat üçün uğurlu olub. Ötən müddət ərzində “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul edilib. Hazırda QAC sıralarında 265 min üzv, 16 mindən yuxarı könüllü fəaliyyət göstərir. Ötən il ərzində QAC sıralarına 15 minə yaxın yeni üzv qoşulub. Təşkilatın Azərbaycanın bütün bölgələrində bölmələri və ofisləri fəaliyyət göstərir. AzQAC-ın icraçı katibi Bəylər Talıbov isə qeyd edib ki, 2009-cu ildə təşkilat tərəfindən müxtəlif fəlakətlərdən zərər çəkmiş 400 nəfərdən ibarət 117 ailəyə 17 405 manat məbləğində humanitar yardım göstərilib. İl ərzində 2753 nəfər tənha qoca, xroniki xəstə, aztəminatlı ailə, valideyn himayəsindən məhrum uşaqlara ərzaq və paltar yardımı edilib. Cari ilin 10 ayı ərzində qan donorluğu ilə bağlı 1919 nəfər təlimatlandırılıb, 3050 nəfər isə könüllü qan verib. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri, dövlət və qeyri-hökumət strukturlarının nümayəndələri iştirak edirlər.
URL / WWW
http://kelam.az/news/a-352.html