Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər” mövzusunda geniş elmi konfrans keçirilib
08.12.09 21:20

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində (AMEA) ölkədə “Gənclik və elm həftəliyi” çərçivəsində AMEA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər” mövzusunda geniş elmi konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda AMEA Gənclərin İntellektual Mərkəzinin sədri İlqar Orucov bildirib ki, “Gənclik və elm həftəliyi” və onun çərçivəsində keçirilən tədbirlər “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na müvafiq həyata keçirilir.O, qeyd edib ki, bu kimi tədbirlərin əsas məqsədi gənc alim və tədqiqatçıların elmi məhsullarının - monoqrafiyalar, patentlər, layihələr, təkliflər və s. geniş ictimaiyyətə təqdim edilməsidir. İ.Orucov vurğulayıb ki, hazırda ölkədə 1500 elmlər doktoru və 8000 elmlər namizədi olmasına baxmayaraq, ümumi göstəricilərə görə Azərbaycan alimlərin sayına görə MDB ölkələri arasında axrıncı yerlərdən birini tutur. Gənc tədqiqatçıların elmi müdafiələrinə və alimlik dərəcələrinin alınmasına daha geniş imkan yaradılmasına ehtiyac olduğunu diqqətə çatdıran İ.Orucov bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə zərurət yarandığını söyləyib. O, ölkə başçısının elmə olan diqqətli qayğısını nəzərə çatdıraraq bu kimi tədbirlərlə əhatə olunan “Gənclik və elm həftəliyi”nin AMEA tərəfindən müvafiq olaraq hər il keçiriləcəyini bildirib. İ.Orucov həftəliyin növbəti mərhələsi olaraq sabah Quba tarixi-arxeoloji məzarlığına səfər və “Gənc alimlərin Quba Regional Elmi seminarı”nın və dekabrın 11-i Bakıdakı Tarix Muzeyində “Yeni nəsil Azərbaycan arxeoloqlarının tədqiqatları” adlı sərgi-konfransın da keçiriləcəyini bildirib. Konfransda çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov ölkədə gənclər üçün elm həftəliyinin keçirilməsini dövlətimizin gənc alimlərə diqqətinin artması kimi xarakterizə edib. Onun sözlərinə görə, gənc alimlərin elmi fəaliyyətləri daim dövlətin və AMEA-nın diqqət mərkəzindədir. Gənclər və İdman Nazirliyinin sektor müdüri Elşən Həsənov isə təmsil etdiyi qurumun gənc tədqiqatçılara daim dəstək verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təkcə son bir il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 25-dən çox gənc alim xarici dövlətlərdə keçirilən beynəlxalq konfranslarda Azərbaycanı təmsil edib. Xatırladaq ki, “Gənclik və elm həftəli”yi çərçivəsində Qubada və Bakıda keçiriləcək növbəti tədbirlərdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, institut rəhbərləri ilə yanaşı, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Milli Məclisin bir sıra gənc deputatları iştirak edəcək.
URL / WWW
http://kelam.az/news/a-351.html