Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda “Azərbaycanda İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəalliyyət Planı” adlı konfrans keçirildi
23.10.09 20:49

Bu gün Ombudsman Aparatında “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəalliyyət Planı” adlı konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, dövlət, QHT, BMT-nin Bakı ofisi və digər qurumların nümayəndələrinin iştirk etdiyi konfransda çıxış edən ombudsman Elmira Süleymanova bildirdi ki, sabah dünyada BMT Günü kimi qeyd edilir. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara üzv olduğunu diqqtə çatdıran E.Süleymanova qeyd etdi ki, ölkəmiz bu qurumlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib, müvafiq proqrmalar qəbul edib. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi məsələsinə toxunan E.Süleymanova bildirdi ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətindəki səylərini sürətləndirməli, işğalçı qüvvələrə öz təsirini göstərməlidirlər. O, qeyd etdi ki, dünyada sülh, əminəmanlığın tərəfdarı kimi çıxış edən BMT azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğunu layiqincə qiymətləndirməlidir. Hər il BMT-yə hesabatların göndərldiyini söyləyən ombudsman bildirdi ki, cari ilin ölkəmizdə uşaq ili olduğuna görə, bu münasibətlə 310 mindən artıq şagird arasında sorğu keçirilib və hesabat BMT-yə göndərilib. Ölkəmizin müxtəlif beynəlxalq QHT-lərlə də əməkdaşlıq etməsinin vacibliyini vurğulayan E.Süleymanova respublikamızda qəbul olunan Milli Fəaliyyət Planına (MFP) da toxunub və bildirdi ki, bu proqram çərçivəsində müxtəlif sahələrdə çoxsaylı layihələr həyata keçirilib və bu proses indi də davam etdirilir. Onun sözlərinə görə, Milli Fəaliyyət Planının əsas qayəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Sonra Ombudsman Aparatının şöbə müdiri Aydın Səfixanlı MFP-yə məsul olan dövlət qurumlarının bu çərçivədəki hesabatını açıqladı. Sonra E.Süleymanova sözü konfransda iştirak edən dövlət, QHT və beynəlxalq təşkilatların nümayəndələrinə verdi və bildirdi ki, burada səslənən təkliflər hesabata daxil ediləcək.
URL / WWW
http://kelam.az/news/a-35.html