Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Eldar İbrahimov: “ATƏT PA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul etməlidir”
13.05.11 19:49

“ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu ilə görüşümüz zamanı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi onun diqqətinə çatdırıldı. Biz hesab edirik ki, bu təşkilat da münaqişə haqda obyektiv mövqe nümayiş etdirməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemi ilə bağlı sənədlər qəbul ediblər. Onun sözlərinə görə, bu sənədlər danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirən faktorlardır. “Təəssüf ki, ATƏT PA hələ də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər hansı sənəd qəbul etməyib. Biz nümayəndə heyəti olaraq belə bir sənədin qəbul edilməsinin vacibliyini qurumun rəhbərinin diqqətinə çatdırdıq” - deyə E.İbrahimov vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-3481.html