Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Həsənov: Qaçqın və məcburi köçkünlər üçün 3,7 mlrd. manat vəsait xərclənib
13.05.11 19:49

Bu günə kimi qaçqın və məcburi köçkünlər üçün 3,7 mlrd. manat vəsait xərclənib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. Ə.Həsənov bildirib ki, bunun 2.1 mlrd.-ı dövlət büdcəsindən, 860 mln.-u Dövlət Neft Fondundan, 740 mln. dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılan vəsaitdir. “Bu günə kimi qaçqın və məcburi köçkünlər üçün 67 müasir qəsəbə salınıb, 100 min ailə isə müvəqqəti məskunlaşdığı yerdən köçürülüb. Ötən il bir nəfər məcburi köçkün üçün dövlət tərəfindən 684 manat xərclənib. Bura müavinətlərdən tutmuş, tətbiq olunan güzəştlərə qədər bütün xərclər aiddir” - deyə Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-3480.html