Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
08.12.09 21:20

Cari ilin dekabr ayının 11-dən 18-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Ənənəvi olaraq hər iki ildən bir təşkil olunan bu beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində müasir incəsənət sahəsində baş verən əsas prosesləri tamaşaçılara təqdim etmək və Azərbaycanda müasir incəsənət növlərinin inkişaf səviyyəsinin və bu sahədə çalışan rəssamların yaradıcılığının təbliğindən ibarətdir.Qeyd edək ki, biennale artıq dördüncü dəfə təşkil olunur. Bu il təşkil olunacaq silsilə sərgilərdə 20 ölkədən 50-dək tanınmış müasir incəsənət ustaları, sənətşünaslar, kuratorlar iştirak edəcək. Bir həftə ərzində Bakı şəhərindəki, bütün sərgi salonları və qalereyalarda müxtəlif müasir incəsənət sərgiləri təşkil olunacaq.
URL / WWW
http://kelam.az/news/a-346.html