Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan və Serbiya XİN rəhbərləri bəyanatla çıxış ediblər
04.05.11 19:31

Xarici işlər naziri Elmar Məmmədyarovun Serbiyaya səfəri çərçivəsində həmkarı Vuk Yeremiçin iştirakı ilə Serbiya XİN-in binasında yaradılmış Azərbaycan salonunun açılış mərasimi keçirilib. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, açılış mərasimindən sonra E.Məmmədyarovun serbiyalı həmkarı Vuk Yeremiçlə əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanı dəstəklədiklərinə görə Serbiya rəhbərliyinə təşəkkürünü ifadə edib. Eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi və son durum haqqında həmkarını məlumatlandırıb. Eyni zamanda, o, Azərbaycanın Serbiyanın bir nömrəli problemi olan Kosovo problemi ilə bağlı məlum mövqeyini bir daha təkrarlayıb. V.Yeremiç öz növbəsində Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin Serbiya rəhbərliyinin siyasi xətti və qəti mövqeyi olduğunu bildirərək, Kosovo məsələsi ilə bağlı Azərbaycanın həm ikitərəfli görüşlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində Serbiyanın mövqeyini birmənalı şəkildə dəstəklədiyinə görə minnətdarlığını bildirib. Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə hərtərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri Serbiya KİV-ləri qarşısında qısa bəyanatla çıxış ediblər. Həmin gün E.Məmmədyarov Belqrad şəhərinin meri, hakim Demokratik Partiyanın sədr müavini Draqan Cilasla görüşüb. Görüş zamanı D.Cilas Azərbaycanla Serbiya arasında münasibətlərin dinamik inkişaf etdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edib D.Cilas Azərbaycan rəhbərliyinə onu Bakıya dəvət etdiyinə görə dərin minnətdarlığını bildirərək, Bakıya məmnuniyyətlə səfər edəcəyini söyləyib. E.Məmmədyarov “Taşmaydan parkı”nın abadlaşdırılması və orada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin ucaldılması, Novi Sad şəhərində isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün qoyulması ilə bu tarixi şəxsiyyətlərin Serbiyada xatirələrinin əbədiləşdirilməsini xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
URL / WWW
http://kelam.az/news/a-3388.html