Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İran Azərbaycanla viza rejimini ləğv etdi
07.12.09 22:42

İranla Azərbaycan arasında bağlanan razılaşmalar öz nəticələrini verməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bu gün İran Mədəniyyət Mərkəzində İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami keçirdiyi mətbuat konfransında bu nəticələr barədə məlumat verib. 10 ay öncə prezident İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında münasibətlərdə yeni dönəmin başlandığını vurğulayan səfir viza məsləsinin də öz müsbət həllini tapdığını söyləyib. “Səfər zamanı iki ölkə arasında bir sıra razılaşmalar bağlanıldı. Müqavilələrə əsasən hər iki ölkə öz vətəndaşlarının gediş-gəlişlərini təşkil və təşviq etməli idilər. Bundan əlavə gömrük sistemində də yüngülləşmə nəzərdə tutulmuşdu. İki ölkənin xarici işlər nazirlərinin qarşılıqlı gömrük məsələləri ilə bağlı müqaviləsi də var”,-deyə səfir əlavə edib. Qeyd edək ki, maddələrin birində Azərbaycan Respublikası vətəndaşlarının İrana gedib gəlməsi, digəri isə viza rejimi barədə hər iki ölkənin sərhəd asanlaşması nəzərdə tutulub. Viza rejiminin ləğvinin səbəbləri haqqında danışan M.B.Bəhrami bunu hər iki ölkənin müştərək tarix, mədəniyyət, din, sərhəddə malik olması ilə əlaqələndirib. “Bizim həmsərhəd şəhərlərimizdə yaşayanların çoxu azərbaycanlılardır. Ona görə də vətəndaşların asan gəliş-gedişini təmin etmək lazım gəlirdli”,-deyə səfir vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-338.html