Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Son 9 ayda İrana gedənlərin sayı 35000 nəfər olub
07.12.09 22:42

İran İslam Respublikası (İİR) Azərbaycanla olan viza rejimini aradan qaldırdı. Bundan sonra İrana gedən azərbaycanlılar bir ay müddətində orada qala biləcək, yenidən getmək üçün isə vətənə qayıtmalı olacaqlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami jurnalistlərə açıqlamasında bildirib. Yaxın gələcəkdə bu müddətin 3 aya qədər uzadıla biləcəyini söyləyən səfir, hələlik bu qərarın üzərində iş getdiyini söyləyib. Statistikaya görə, son 9 ayda Azərbaycandan İrana 35000 nəfər adam gedib. Qaydalarda heç bir dəyişiklik edilməyib. İrana getmək istəyənlər yenə də qan analizi verməli olacaqlar. Qeyd edək ki, qanun yanvar ayından icra edilməyə başlanılacaq. Yalnız öz tərəfindən viza rejimini ləğv edən İran Azərbaycandan başqa Türkiyə ilə də viza rejimini aradan qaldırıb.
URL / WWW
http://kelam.az/news/a-335.html