Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Putin İsveç kralının qəbuluna gecikib
28.04.11 20:42

İsveçdə səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin isveçlilərin yaddaşında bir sıra kuryozlarla yadda qalıb. Belə ki, yarım saat kral XYI Qustavın qəbuluna gecikən baş nazir sonra isveçli həmkarı Reynfeldin yanında «ilişib» qalıb. Sonda isə təyyarəyə 40 dəqiqə gecikib ki, bu da Stokholmda tıxaclara səbəb olub. «KƏLAMİNFO» İsveçin «Svenska Dagbladet» qəzetinə istinadən yazır ki, ən maraqlı hadisə kralın qəbulunda yaşanıb. Özünün zirehli «Mercedes Long-Long»unda kral sarayına gələn Putin bu zaman maşınını oradakı «Volvo S-40» avtomobilinin düz qabağında saxlayıb. Bu zaman kral sarayının protokol xidməti ona bildirib ki, maşınını geri çəksin. Çünki həmin maşın kral məxsusdur. Bu isə jurnalistlərdə təəccüb doğurub. Yəni kralın adi maşında gəzməsinə onlar inanmayıb. Lakin az sonra kralın maşının rolunun arxasında əyləşib yola düşməsi onların təəccübünü yoxa çıxardıb.Maraqlıdır ki, Putin burada keçirdiyi mətbuat konfransında prezident seçkilərinə də toxunub. «Hər şeyin vaxtı var və biz qərar çıxaracağıq və bu sizin xoşunuza gələcək. Razı qalacaqsınız».
URL / WWW
http://kelam.az/news/a-3336.html