Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Pambıq müqavilələri çoxalıb
27.04.11 17:14

Bu il üzrə pambıq istehsalçıları ilə sifarişçi təşkilatlar arasında 45 min hektara yaxın müqavilə bağlanıb. Kənd Təsərrüfatı Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu, ötən ilkindən 15 min hektar çoxdur. Nazirlikdən bunu dünya bazarında pambığın qiymətinin bahalaşması və “Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə əlaqələndirirlər: “Pambıq səpinində Aznixi-195, Ağdaş-3, Gəncə-8, Gəncə-78 yerli pambıq sortları və “Ağ qızıl”, “Flora” xarici sortların toxumlarından istifadə olunur. Səpin davam edir və optimal müddətdə başa çatdırılacaq”. Qurumun məlumatında qeyd edilir ki, pambıqçılıqda yeni texnologiyaların tətbiqinə diqqət artıb. Ümumilikdə isə bu il 842 hektar sahədə pambıq əkilib. Bu da ötən illə müqayisədə 6 dəfə çox deməkdir. Qeyd edək ki, ötən il cəmi 135 ha sahədə pambıq əkilib.
URL / WWW
http://kelam.az/news/a-3327.html