Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ramil Usubov bölgələrdə vətəndaşların qəbulu davam etdirir
26.04.11 19:48

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, may ayının 5-də Gəncə şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Nazir Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Qazax rayonlarının sakinlərini qəbul edəcək. Qeyd edək ki, vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər polis şöbəsində keçiriləcək. Qəbul saat 11:00-da başlayır.
URL / WWW
http://kelam.az/news/a-3323.html