Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Fizuli Ələkbərov: Ən böyük problemlərdən biri qeyri-formal məşğulluqdur
26.04.11 19:48

Avropa İttifaqı ilə Azərbaycan arasında Tvininq layihəsi əməyin mühafizəsi, əməyin təhlükəsizlik sahəsinə həsr olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib. Nazir qeyd edib ki, həmişə kimi ən böyük problemlərdən biri qeyri- formal məşğulluqdur. Onun sözlərinə görə, qeyri-formal məşğulluq əmək hüququnun pozulmasına səbəb olur, yəni məcburən işçilər əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olmaqla özlərini, həyatlarını təhlükəyə atırlar. F.Ələkbərov bu məsələni təkcə hökumətin həll edə bilməyəcəyini və yeni bir şuranın yaradılmasını təklif edəcəklərini vurğulayıb.Əmək və əhalinin sosial müdafiəsi naziri “Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları” mövzusunun bütün ölkələrdə aktiv olduğunu əlavə edib. “Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdiyi üçün belə mövzulara tez-tez müraciət edirik. Çalışırıq ki, bu sahədə müsbət dəyişikliklərə nail olaq. Biz istəyirik ki, müxtəlif addımlar ataraq, bu sahədə dünyanın aparıcı ölkələrinin təcrübələrinə yiyələnərək müəyyən işlər görək” - deyə F.Ələkbərov qeyd edib.
URL / WWW
http://kelam.az/news/a-3317.html