Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ukrayna Azərbaycandan protest notası aldı
07.12.09 22:42

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə “İnter” kanalında Dağlıq Qarabağ haqqında göstərdiyi filmə görə nota verib. KƏLAMİNFO xəbər verir ki, Ukrayna telekanalı olan “İnter” Dağlıq Qarabağ haqqında antiazərbaycan fikirləri olan film nümayiş etdirib. Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə “İnter” müstəqil kanaldır və o Ukraynanın rəsmi mövqeyini əks etdirmir. Azərbaycan səfirliyi Dağlıq Qarabağ haqqında gedən filmlə bağlı araşdırmalar aparır. Məsələ ilə bağlı Ukraynanın Xarici İşlər Nazirliyinə və “İnter” telekanalına müraciət ünvanlanacaq. Xatırladaq ki, “İnter” kanalından əvvəl Euronews Dağlıq Qarabağ haqqında antiazərbaycan fikirli film nümayiş etdirmişdi.
URL / WWW
http://kelam.az/news/a-331.html