Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Obamanın müraciətinə Türkiyənin reaksiyası sərt olub
25.04.11 19:49

ABŞ prezidenti Barak Obama Osmanlı Türkiyəsində 1915-ci ilin hadisələrinin qeyd olunduğu 24 aprel günü etdiyi ənənəvi müraciətində “soyqırımı” sözünü işlətməkdən növbəti dəfə yayınıb. Prezident əvəzində 1915-ci il hadisələrini “dəhşətli qırğın” adlandırıb. ABŞ prezidenti ölkəsinin yaxın müttəfiqi Ankara ilə Amerikada çoxsaylı erməni diasporu olan Yerevan arasında “balans” yaratmaq üçün “soyqırımı” sözünü işlətməsə də, bəyanatın mətni kifayət qədər kəskin olub və Türkiyəni hiddətləndirib. Bu barədə «KƏLAMİNFO» «BBC»-yə istinadən məlumat yayıb. Barak Obama deyib ki, “mübahisəli tarix bu günün sabitliyini pozur və həyatları əllərindən alınmışların xatirəsini ləkələyir”. Prezident Ankaranı həmin hadisələri “tam” şəkildə tanımağa çağırıb. Barak Obama özünün ilk prezident seçkisi kampaniyasında Ağ evə sahiblənərsə, “soyqırımı” sözünü dilə gətirəcəyini vəd etmişdi. Lakin növbəti seçkilərə çox uzun müddət qalmadığı bir vaxtda o, yenidən “soyqırımı” sözü olmayan bəyanat verib: “Mən 1915-ci ildə baş verənlərə öz münasibətimi israrla bildirmişəm. Mənim həmin tarixə baxışım dəyişməyib. Faktların tam, səmimi və ədalətli şəkildə qəbul edilməsi bizim hamımızın marağındadır”. Barak Obama öz bəyanatında “qırğın” sözünü ermənicə - “Meds Yeğern” şəklində səsləndirib. Barak Obamanın 24 aprel müraciətinə Türkiyənin reaksiyası çevik və sərt olub. Bu ölkənin Vaşinqtondakı səfiri Namiq Tan deyib ki, o, “1915-ci ilin hadisələrinə Barak Obamanın tarixin bu cür qeyri-dəqiq, saxtalaşdırılmış və birtərəfli siyasi təfsirini verməsindən dərin təəssüf hissi keçirir” və “bunu əsassız və qeyri-məqbul” hesab edir: “ABŞ münasibətlərin normallaşmasını və dialoqu həvəsləndirmək əvəzinə, bunları birtərəfli və siyasi motivli bəyanatlarla əngəlləyir”. Amerika Ermənilərinin təşkilatı olan Erməni Assambleyası da Barak Obamanın bəyanatından narazılıq ifadə edib. Təşkilatın bəyanatında deyilir ki, prezident öz vədlərinə ehtiram nümayiş etdirmək üçün daha bir imkanı əldən verib.
URL / WWW
http://kelam.az/news/a-3301.html