Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xalq şairi Balaş Azəroğlu vəfat edib
25.04.11 19:49

Xalq şairi Balaş Azəroğlu dünən günorta saatlarında 90 yaşında vəfat edib. “KƏLAMİNFO” xəbər verir ki, şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. İlk mətbu şeri “Dnepr” 1937-ci ildə Bakıda çapdan çıxıb. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). İran Xalq Partiyasına daxil olur (1942). “Azərbaycan zidd faşist cəmiyyəti”nin Ərdəbil vilayəti şöbəsinə sədr seçilir (1943). Bu cəmiyyətin orqanı “Yumruq” qəzetinin redaktoru olur. “Vətən yolunda” qəzeti redaksiyasının müsabiqəsində “Səttarxan” şerinə görə mükafata layiq görülür. Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin redaktoru, “Şairlər məclisi”nin Ərdəbil şöbəsinin rəhbəri olub (1943-1945). Təbrizdə Milli hökumət tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunub. 1981-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb. İttifaqın İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri olub. Şairlə vida mərasiminin Yazıçılar Birliyində keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Qeyd edək ki, şair 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
URL / WWW
http://kelam.az/news/a-3300.html