Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Müəlliflik hüququ və rəqəmli mühit: piratçılığa qarşı mübarizə və əlaqəli problemlər” mövzusunda ikigünlük beynəlxalq seminar işə başlayıb
07.12.09 22:42

Bu gün Bakıda “Müəlliflik hüququ və rəqəmli mühit: piratçılığa qarşı mübarizə və əlaqəli problemlər” mövzusunda ikigünlük beynəlxalq seminar işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbir Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) təşəbbüsü ilə keçirilib. Seminarda çıxış edən MHA-nın sədri Kamran İmanov son 20 ildə əqli mülkiyyət fenomeninin sürətlə inkişaf edərək, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, intellektual məhsulların yayılmasında ən vacib amilə çevrildiyini vurğulayıb. “Həqiqətən, əgər əqli mülkiyyət biliklərə əsaslanırsa, biliklərin yığımı isə iqtisadi artımın hərəkətverici qüvvəsidirsə, o zaman dövlətin iqtisadi və mədəni siyasəti bu amili nəzərə almalıdır. Çünki inkişaf etmiş ölkələrdə əqli mülkiyyətə əsaslanan sənayenin (kreativ industriya) ümumi daxili məhsuldakı payı 15 faizə qədər təşkil edir, bu isə dünya iqtisadiyyatının 7,3 faizi deməkdir”,-deyə K.İmanov bildirib.
URL / WWW
http://kelam.az/news/a-330.html