Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ölkənin gələcəyi üçün aktual mövzular Azərbaycan gənclərinin müzakirəsinə çıxarılacaq
23.04.11 15:43

Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində gənclərin iştirakı ilə debatlar keçiriləcək. Debatlar gəncləri maraqlandıran, onların və ölkənin gələcəyi üçün vacib hesab edilən 8 aktual mövzu ətrafında aparılacaq. Debatlarda peşəkarlıq və şəxsi inkişaf, tələbələr və innovativ potensial, yeni nəsil və din, gənclərin ölkənin elmi inkişafında iştirakı, onların ictimai fəallığı, regionlarda yaşayan gənclər və bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Müzakirələr Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) ayda 2 dəfə olmaqla keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər. İlk debat sabah SAM-da “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?” mövzusunda olacaq. Qeyd edək kit, tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, SAM və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.
URL / WWW
http://kelam.az/news/a-3297.html