Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Səfir: “Barak Obama ağılsız addım atmaz”
23.04.11 15:43

“Mən inanmıram ki, ABŞ prezidenti Barak Obama aprelin 24-də uydurma “erməni soyqırımı”ın növbəti ildönümü ərəfəsində Konqresdə illik çıxışında “erməni soyqırımı” sözünü desin”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc söyləyib. H.Kılıc deyib ki, ABŞ Prezidenti kifayət qədər ağıllı adamdır və o, belə ağılsız addım atmaz. “ABŞ daim Türkiyə ilə partnyorluğa dəyər verib və gələcəkdə də bu şansını çətinləşdirməz”,-deyə səfir əlavə edib. Qeyd edək ki, hər il aprelin 24-də ABŞ Prezidenti Konqresdə uydurma “erməni soyqırımı” ilə bağlı çıxış edir. Ermənistan və dünyadakı erməni lobbisi iddia edir ki, Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində “soyqırım” təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar. Hazırda Argentina parlamenti bu məsələni müzakirəyə çıxarıb və tanıyır. H.Kılıc isə təəssüflə qeyd edib ki, bəzi ölkələrin səlahiyyətliləri kimi Argentina parlamenti də tam məlumatı olmadığı bir məsələni müzakirəyə çıxarıb. “Oradakı deputatlardan Türkiyənin və Azərbaycanın harada olduğunu soruşsan, onlar heç xəritədə bunu tapıb göstərə bilməyəcəklər. Halbuki buranın tarixini müzakirəyə çıxarıblar”,-deyə səfir iradını bildirib.
URL / WWW
http://kelam.az/news/a-3296.html