Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Zeyno Brayza Qadın Jurnalistlər Assosiasiyasının qonağı olub
23.04.11 15:43

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Brayza Qadın Jurnalistlər Assosiasiyasının qonağı olub. Assosiasiyanın rəhbəri Sevil Yusifova qonağı təşkilatın fəaliyyəti barədə məlumatlandırıb. Söhbət zamanı məlum olub ki, Zeyno Baryzanın da valideynləri jurnalist olub. Xanım Brayza ABŞ-da aldığı uğurlu təhsildən danışıb. O, hər şeydən əvvəl qadının özünə inamını yüksək dəyərləndirib. “Xaricdə təhsil almağa qərar verəndə təbii ki, narazılıqlar eşitdim. Çoxları mənə uğur qazana bilməyəcəyimi, təkbaşına Amerikada yaşamağın çətin olacağını anladırdılar. Ancaq mən bunun öhdəsindən gəldim. Stenford Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirdim. Karyerama başladım, hər şey uğurlu oldu. Hər şeydən öncə özümə inandım” - deyə xanım Zeyno vurğulayıb. O, Azərbaycanı doğma saydığını bildirib. Bakını və Naxçıvanı doyunca gəzdiyini, buraları doğma saydığını söyləyib. O, Azərbaycanda da fəaliyyətini davam etdirəcəyini qeyd edib. “Ailə qurandan sonra aktiv fəaliyyətimi bir müddətlik dayandırdım. Lakin bu müddət ərzində boş durmadım. 3 kitabım çap olundu. İndi Azərbaycanda da boş durmayacam. Təbii ki, burada siyasətlə məşğul olmayacam. Ancaq planlarımda var ki, qadın zorakılığı, erkən nikahlarla bağlı layihələrə start verək. ABŞ-da olarkən şiddətə qarşı qadınların özlərini müdafiə etməsindən kurs keçmişəm. Düşünürəm ki, qadın özünü müdafiə etməlidir. Bu, çox vacibdir. O, haqqını, hüququnu tələb etməlidir” - deyə söyləyib. O, həmçinin kişilərin xanımlara zorakılığını kəskin pisləyib: “Kişi əgər dindən xəbərdardırsa, xanımına əl qaldırmaz. Mədəniyyətli biri də bunu etməz. Kişinin problemi varsa, bunun acığını qadından çıxmasın. Getsin idman etsin, enerjisini çıxarsın”.
URL / WWW
http://kelam.az/news/a-3295.html