Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bahar Muradova: “Cəmiyyət məişət zorakılığı faktlarını ciddi şəkildə pisləməlidir”
23.04.11 15:43

Azərbaycan parlamenti tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunlar qəbul edilməsinə baxmayaraq, bu problemi təkcə qanunvericilik aktları ilə həll etmək olmaz. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, Azərbaycanda ailə cəmiyyətin yüksək dəyərlərindən biridir, lakin təəssüf ki, son vaxtlar bu sahədə cinayət faktları artıb. “Burada təbliğat işləri genişləndirilməli, kişi və qadınların düşüncəsinin, onların ailədə bir-birilərinə münasibətlərinin dəyişdirilməsi üzrə tədbirlər keçirilməlidir. Cəmiyyət dövlətlə bir işləməli, məişət zorakılığı faktlarını ciddi şəkildə pisləməlidir” –deyə B.Muradova vurğulayıb. Vitse-spiker deyir ki, hüquq-mühafizə orqanları qanuna əməl olunmasını izləməlidir. “Qanunda nəzərdə tutulan tədbirlərin daha çevik və yubanmadan aparılması vacibdir, əks halda bu məsələdə kifayət qədər yaranan boşluqlar problemlər ortaya çıxarır” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-3293.html