Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Rüfət Əzizov: “Prezident daha çox dinlədi, gənclər isə istəklərin bildirdilər”
23.04.11 15:43

Prezident daha çox dinlədi, gənclər isə istəklərin bildirdilər. “KƏLAMİNFO” xəbər verir ki, bunu Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gəclərin Beynəlxalq Forumunun (ASAİF) həmtəsisçisi, Caspian Engineers Society (CES) sədri Rüfət Əzizov Prezident İlham Əliyevin gənclərlə görüşü ilə bağlı bildirib. R.Əzizov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq olunması ilə bağlı verdiyi Sərəncam bir daha dövlətin gənclərə verdiyi dəyərin göstəricisidir. “Heç şübhəsiz ki, gənclərin təklifləri və proqramın tərtibatı zamanı ictimai müzakirələrin aparılması çox vacibdir. İctimai müzakirələrə prezidentlə başlamaq isə proqramın həqiqətən real nəticələr verəcəyindən xəbər verir. Görüşün səmimi və rahat ortamda keçməsi, gənclərin öz fikirlərini düzgün ifadə etməsinə və qarşılıqlı dialoqun baş verməsinə gətirib çıxardı. Prezident daha çox dinlədi, gənclər isə istəklərin bildirdilər”,-deyə R.Əzizov söyləyib.
URL / WWW
http://kelam.az/news/a-3291.html