Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Orxan Əkbərov: “Görüşdə 3 təkliflə çıxış etdim”
23.04.11 15:43

“Görüşdə ASAİF rəhbəri kimi konkret olaraq 3 təkliflə çıxış etdim”. “KƏLAMİNFO”nun məlumatına görə, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) sədri Orxan Əkbərov bu fikirləri Prezident İlham Əliyevlə müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gəncin görüşü ilə bağlı olaraq deyib. İlk olaraq xaricdə təhsil alan tələbələrin təhsil aldıqdan sonra ölkəyə qayıtmaları məsələsinə toxunan Orxan Əkbərov qeyd edib ki, həmin gənclər qayıtdıqdan sonra ölkənin təhsil səviyyəsinin qaldırılması istiqamətində işlər aparmalı, birbaşa pedaqoji fəaliyyətə cəlb olunmalıdırlar: “İkinci təklif isə Bakıda “Beynəlxalq Gənclər Mərkəzi”nin inşası məsələsi oldu. Bu layihənin önəmi vurğulandıqdan sonra ölkə prezidenti tərəfindən müvafiq tapşırıqlar verildi. Məhz müasir standartlara uyğun, yüksək sürətli internetlə təchiz olunmuş, aktiv gənclər təşkilatlarının hər zaman rahat şəkildə tədbir keçirə biləcəkləri konfrans və iclas zalları olan müasir gənclər mərkəzinə bu gün çox böyük ehtiyac var”. Son olaraq ölkədə gənclər fondunun yaradılmasına diqqət çəkən ASAİF sədri məhz bu fondun yoxluğunu xaricdə təşkil olunan bir çox tədbirə dəstək verə bilməməkləri ilə əlaqələndirdi. “Bəzən aktiv şəkildə qərar verilib həyata keçirilməli olan layihələr bürokratik əngəllərə ilişərək həyata keçirilə bilmir. Verilən təkliflərin üçü də Prezident tərəfindən maraqla qarşılandı və qeydlər aparıldı” – deyə O.Əkbərov əlavə edib. Qeyd edək ki, ASAİF “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” proqramı ilə əlaqədar olaraq öz ofisində 24 aprel saat 14:00-da açıq müzakirə təşkil edəcək.
URL / WWW
http://kelam.az/news/a-3290.html