Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azay Quliyev özəl sektoru ittiham etdi
23.04.11 15:43

“Təəssüflər olsun ki, bu gün bəzi şirkətlər QHT-lərə verdikləri layihələrdə yalnız bir şərt irəli sürürlər: Nə edirsiniz edin, bizi təbliğ edin, bizim reklamımızı aparın”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev söyləyib. Şura sədri təəssüflə qeyd edib ki, QHT-lərin bununla bağlı öz fikirlərini özəl sektora dəfələrlə çatdırmalarına baxmayaraq, bu sektor üçün sosial sərmayə anlayışı, sosial sərmayə prinsipi, vətəndaş cəmiyyətinin inkişafı tamamilə arxa plandadır. “Hesab edirəm ki, bununla bağlı çox ciddi işlər görülməlidir” – deyə A.Quliyev vurğulayıb. Onun sözlərinə görə, artıq Prezident yanında QHT-lərlə Dövlət Dəstəyi Şurası bununla bağlı “Korporativ Sosial Məsuliyyət” haqqında qanun layihəsi hazırlayır. Şura bununla əlaqədar Prezident Administrasiyasını da məlumatlandırıb. “Hazırda Şura bu istiqamətdə fəaliyyətini koordinasiya edir. Milli Məclisin də diqqəti bu məsələyə cəlb edilib. Düşünürəm ki, “Korporativ Sosial Məsuliyyət” qanununun hazırlanması çox önəmlidir. Belə bir qanunun qəbulu sözügedən problemin hüquqi həllinə gətirib çıxara bilər. Həqiqətən də bu gün ölkədə özəl sektorun vətəndaş cəmiyyətinin inkişafında payı çox azdır. Bəlkə də bu, sıfırın altındadır” - deyə o, əlavə edib. Şura sədri vurğulayıb ki, aparılan müşahidələr və tədqiqatlar onu deməyə əsas verir ki, irimiqyaslı, əhəmiyyətli proqramlar özəl sektor tərəfindən dəstəklənmir.
URL / WWW
http://kelam.az/news/a-3289.html