Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qənirə Paşayeva: “Birgə fəaliyyət öz bəhrəsini verir”
23.04.11 15:43

Bu gün dünya miqyasında Azərbaycan və Türkiyənin birgə fəaliyyəti öz bəhrəsini yetərincə verir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib. Millət vəkili deyib ki, Azərbaycan ermənilərin Türkiyəyə qarşı iddia etdiyi qondarma “soyqırım” məsələsinə öz problemi kimi baxır. “Biz “bir millət iki dövlət” prinsipinə daim sadiq olmuşuq və oluruq. Türkiyəni və Azərbaycanı ayrılıqda narahat edən problemlər ortaq məsələlərdir və biz də ortaq mövqedəyik”,-deyə Q.Paşayeva vurğulayıb. Azərbaycanın diaspor ilə bağlı apardığı siyasətdə daim erməni mövzusunu diqqətdə saxladığını deyən deputat bu mövzuda çoxlu məsələlərin toplandığını söyləyib. “Həm Azərbaycanın işğal olunmuş Qarabağ məsələsi, həm ermənilər tərəfindən təcavüzə məruz qalmış tariximiz və onların iddia etdikləri saxta “erməni soyqırımı” bu mövzunun daxilindədir. Təbii ki, burada da Azərbaycanın Türkiyə ilə ortaq mövqedən çıxış etməsi tələb olunandır. Biz 10-15 il əvvələ nəzər salsaq görərik ki, bu ortaq fəaliyyətdə nə qədər irəli getmişik. 10 il əvvəl dünyanın xeyli ölkəsində “erməni soyqırımı” müzakirə olunurdu. Amma indi cəmi bir və ya iki ölkədə bu mövzu hallanır. Artıq dünyanın əksəriyyəti bu iftiraya inanmır, demək olar ki, bu qondarma əhvalatla bağlı tanınma məsələləri artıq heç bir yerdə keçərli deyil. Bütün bunlar da bizim ortaq fəaliyyətimizin güclü olmasından xəbər verir. Bu fəaliyyətin nəticəsidir ki, hətta vaxtı ilə bu “soyqırımı”ın müzakirəsində qabaqcıl olan Fransanın özü belə bu məsələni artıq dayandırır. Biz xaricdə yaşayan həmvətənlərimizə bu fəaliyyətlərində daim dəstək olmalıyıq”,- deyə Q.Paşayeva bildirib.
URL / WWW
http://kelam.az/news/a-3288.html