Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Azərsu” bəyan edir: “Əhali üçün su sayğacları pulsuz quraşdırılır”
23.04.11 15:43

“Son vaxtlar su istehlakçıları tərəfindən “Azərsu” ASC-yə, onlardan sayğac quraşdırılması məqsədilə pul istənilməsi barədə çoxsaylı müraciətlər daxil olur”. ASC-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya daxil olan məlumatda bildirilir ki, aparılan araşdırmalar nəticəsində “Azərsu”ya aidiyyəti olmayan bəzi şəxslərin 20-30 manat müqabilində vətəndaşlara mənzillərində su sayğaclarının quraşdırılmasını təklif etmələri aşkarlanıb: “Azərsu” ASC istehlakçıların nəzərinə çatdırır ki, əhali abunəçiləri üçün su sayğacları yerli Su-kanal sahələrinin Metrologiya şöbələrinin əməkdaşları tərəfindən pulsuz quraşdırılır. Abunəçilərdən xahiş olunur ki, sayğac quraşdırılması ilə bağlı onlara müraciət edən şəxslərdən müvafiq sənədlər (iş vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi) tələb etsinlər. Eyni zamanda qeyri-qanuni ödəniş tələb edənlər barədə dərhal yerli Su-kanal sahələrinə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”.
URL / WWW
http://kelam.az/news/a-3286.html