Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mətbuat Şurası 4 qəzetin işini araşdırıb
23.04.11 15:43

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 4 qəzetlə bağlı müraciətlərə baxıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya MŞ-dən veriblər. İclasda əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasının “Azərbaycan cəmiyyəti” qəzetinin 10 mart 2011-ci il tarixli sayında bu səhiyyə müəssisəsi barədə gedən yazı ilə əlaqədar şikayəti araşdırılıb. Komissiya üzvləri rəyə gəliblər ki, məqalədəki dil, üslub, korrektura xətalarının mövcudluğu, konkret faktların ümumi mülahizələrlə əvəzlənməsi, şantaj və təhdid xarakterli fikirlərin qabardılması, materialın dərc olunduğu sayın poçt vasitəsilə qarşı tərəfə çatdırılması burada etik prinsiplərə ciddi sayğısızlığın əlamətidir. Yazıda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər bəndlərinin tələblərinə sayğısızlıqla yanaşıldığını müəyyənləşdirən komissiyanın rəyində bir neçə məqam yer alıb. Rəydə həmçinin nəşrin qarşı tərəfdən-Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hamlet Ömərovdan üzr istəməsi, növbəti sayda təkzib verməsi də əksini tapıb. Komissiya “Ağdam” qəzetinə də MŞ-nin xəbərdarlığının elan olunmasını məqsədəuyğun sayıb. Sonra komissiya üzvləri Bakı şəhər sakini, iş adamı Tural Məmmədovun internetdə yerləşdirdiyi elanın onun razılığı olmadan iki dəfə “İşgüzar” qəzetində verilməsi və bununla əlaqədar üzləşdiyi narahatlıqlarla bağlı Şuraya müraciətini araşdırıb. Qəzet rəhbərliyinin nəzərinə çatdırılıb ki, bu ciddi qüsurdur və nəşr gələcək fəaliyyətində belə halların təkrarlanmasına imkan verməməlidir. Qəzetin baş redaktoru Samir Vəliyev də iradlarla razılaşıb. O, “İşgüzar”ın şikayətçidən üzr istənildiyi, təkzib verildiyi sayını komissiya üzvlərinə təqdim edib. Məsələ bununla da həllini tapmış sayılıb. Bakı şəhər sakini, iş adamı Ceyhun Paşayevin “Yeni səhər” qəzeti barədə şikayəti də tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Lakin KİV rəhbərinin nəzərinə çatdırılıb ki, öhdəsindəki mətbu nəşrin adından şəxsi məqsədlər üçün istifadə yolverilməzdir. Belə hallara bir daha yol verilərsə, “Yeni səhər” barədə ciddi ölçü götürüləcək.
URL / WWW
http://kelam.az/news/a-3285.html